"Neftçi" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubuna qarşı keçirəcəyi cavab oyununun hazırlığına start verib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" bu gün klubun bazasındakı meydançada məşq edib.
Qeyd edək ki, “Neftçi” - “Partizan” oyunu avqustun 28-də keçiriləcək və saat 21.00-da başlayacaq. Qarşılaşma əvvəlcədən Tofiq Bəhramov adına Respublika stadionuna təyin olunmuşdu. Lakin arenanın ot örtüyü bərbad vəziyyətdədi. Bu səbəbdən "Neftçi" qarşılaşmanın "Bakcell Arena"da keçirilməsi üçün UEFA-ya müraciət edib.
Fanat.az