UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" Serbiyanın "Partizan" komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etmək istəməsi ilə bağlı AFFA-ya müraciət etmiş, AFFA isə məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlamışdı. Fanat.az xəbər verir ki, artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb.
Beləliklə, avqustun 28-də "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fanat.az