Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi" və "Koper" arasında baş tutacaq oyunların vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, Azərbaycan və Sloveniya klubları iyulun 17-24-də meydana çıxacaq.
İlk oyun iyulun 17-də “Bakcell Arena”da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20.00-da çalınacaq.
Cavab oyununa isə "Bonifika" stadionu ev sahibliyi edəcək. Matç Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
Fanat.az