Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Koper" oyununa bilet satışı davam edir. Fanat.az xəbər verir ki, artıq 1000-dən artıq bilet satılıb.
Qeyd edək ki, biletlər bu gün saat 12.00-dan etibarən satışa çıxarılıb. "Bakcell Arena"nın kassalarında satılan adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq.
Fanat.az