"Neftçi" "Karvan-Yevlax"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

"Neftçi" "Karvan-Yevlax"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının 6-cı turunda öz meydanında "Karvan-Yevlax"la üz-üzə gələcək "Neftçi"nin oyuna neçə çıxacağı bəlli olub.

Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı məlumat verib:

"Turan Tovuz"la matçda qırmızı vərəqə aldığına görə üç oyunluq cəzalandırılan müdafiəçi İqor Ribeyro "Karvan"a qarşı oynamayacaq. İtki yalnız Ribeyrodur. Hazırda komandada zədəli futbolçu yoxdur".

Qeyd edək ki, sentyabrın 27-də "Neftçi Arena"da baş tutacaq "Neftçi" - "Karvan-Yevlax" matçının start fiti 19:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər