Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" III təsnifat mərhələsində Gürcüstanın "Çixura" klubu ilə qarşılaşacaq. Azərbaycan Kubokunun qalibi bu səddi keçsə, turnirin "play-off" mərhələsində mübarizə aparacaq.
Bu mərhələdə 62 komanda mübarizə aparacaq. Onlardan 29-u III təsnifat mərhələnin qalibləri olacaq. 15 komanda Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olaraq Avropa Liqasının "play-off" mərhələsinə düşəcək. Qalan 18 komanda isə 2013/14 mövsümündə ölkə çempionatlarında qazandıqları nəticələrə uyğun olaraq bu mərhələyə vəsiqə qazanıb:
Tvente, Zvolle (hər ikisi Hollandiya), Vilyarreal (İspaniya), Tottenhem (İngiltərə), Borussiya (Münhenqladbax, Almaniya), Trabzonspor (Türkiyə), İnter (İtaliya), Lokeren (Belçika), Nasional (Portuqaliya), PAOK (Yunanıstan), Sent-Etyenn (Fransa), Sürix (İsveçrə), Metallist (Ukrayna), Apollon (Cənubi Kipr), Rostov (Rusiya), Midilyand (Danimarka), Lokomotiv (Moskva, Rusiya), Austriya (Avstriya).
Qeyd edək ki, "play-off" mərhələnin püşkü avqustun 8-də atılacaq. Mərhələnin ilk oyunları avqustun 21-də, cavab qarşılaşmaları ayın 28-də keçiriləcək. "Play-off"un 31 qalibi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Bu turnirin qrupuna Çempionlar Liqasının "play-off"unda uduzan 10 komanda da vəsiqə əldə edib. 7 komanda isə 2013/14 mövsümündə ödkə çempionatlarında qazandıqları nəticələrə uyğun olaraq Avropa Liqasının qrupuna düşüb: Sevilya (İspaniya), Genqam (Fransa), Everton (İngiltərə), Dinamo (Ukrayna), Volfsburq (Almaniya), Fiorentina (İtaliya), Estoril (Portuqaliya).
Fanat.az