Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" (Gürcüstan) matçının saatı açıqlanıb. Fanat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 31-də keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.
Qarşılaşmaya "Bakcell Arena" ev sahibliyi edəcək. Cavab matçı avqustun 7-də Tiflisdəki Mixael Mesxi stadionunda baş tutacaq. Oyunun başlama saatı hələ bəlli deyil.
Fanat.az