Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" və Gürcüstan "Çixura"sı arasındakı görüşün biletləri satışa çıxarılıb. Fanat.az xəbər verir ki, biletlər matçın keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır.
Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır.
Qeyd edək ki, iyulun31-də keçiriləcək "Neftçi" - "Çixura" görüşü saat 20:00-da başlayacaq.
Fanat.az