Topaz Premyer Liqasının XXV turu çərçivəsində keçiriləcək "Neftçi" - "İnter" qarşılaşmasının İsmət Qayıbov adına stadionda baş tutmasının səbəbləri məlum olub. Fanat.az xəbər verir ki, U-19-lar arsında Avropa çempionatının Elit-raundunun oyunlarının "Bakcell Arena"da keçirilməsi "ağ-qaralar"ı Bakıxanov qəsəbəsindəki stadiona sığınmağa məcbur edib.
Qazonun normal vəziyyətdə saxlanılması üçün paytaxt derbisinin yeri dəyişdirilib.
Fanat.az