Bu gün Topaz Premyer Liqasında XXIX turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri "Xəzər Lənkəran"la "Neftçi" arasında baş tutub.
Əvvəlki prinsipiallığını və gərginliyini itirən "Böyük oyun" yenə maraqlı qarşılaşmaya səhnə olub. "Neftçi" zəif rəqibi üzərində 2:0-lıq üstünlük əldə etsə də, hesabı qoruya bilməyib. Hesabı 14-cü dəqiqədə Julius Vobay açıb. 11 dəqiqə sonra Erik Ramos ikinci topu vurub. 33-cü dəqiqədə Alfred Sanko qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. "Xəzər Lənkəran" 60-cı dəqiqədən sonra özünə gəlib. 63-cü dəqiqədə kapitan Rahid Əmirquliyev fərqi azaldıb. 75-ci dəqiqədə isə Manuel Skarlatake bərabərliyi təmin edib. Oyun 2:2 hesabı ilə başa çatıb.
Premyer Liqa
2014/15 mövsümü
IV tur, XXIX tur
9 aprel
Xəzər Lənkəran - Neftçi 2:2
Qollar: Rahid Əmirquliyev, 63. Manuel Skarlatake, 75 - Julius Vobay, 14. Erik Ramos, 25.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 8. Elşən Rzazadə, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 79. Namiq Qocayev, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
Neftçi: 1. Aqil Məmmədov, 3. Denis Silva Kruz, 4. Rahil Məmmədov, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 33. Orxan Bəşirov, 88. Mirkamil Haşımlı.
Baş məşqçi: Arif Əsədov.
Qırmızı vərəqə: Alfred Sanko, 33.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Xəzər Lənkəran" mərkəzi stadionu.