"Neftçi" "Əlincə"dən qisasını aldı

"Neftçi" "Əlincə"dən qisasını aldı

U-15 liqasında XXVI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Neftçi" bu turda "Əlincə"nin qonağı olub.

"Ağ-qaralar" səfər oyununda 3:0 hesablı qələbə qazanıb. "Neftçi"nin heyətində Məhəmməd Məmmədov dubl edib, Bəşir Aylarov bir qol vurub.

Qeyd edək ki, "Neftçi" birinci dövrədə bu komandaya eyni hesabla yenilmişdi. Adil Mahmudovun gəlişindən sonra uğurlu çıхış etməyə başlayan və turnir cədvəlinin 3-cü pilləsinə yüksələn "Neftçi"nin U-15 komandası bu dəfə rəqibindən qisas ala bilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər