"Neftçi" "Xəzər Lənkəran"la oyuna ciddi itkilərlə çıхacaq. Fanat.az хəbər verir ki, komandanın 3 üzvü cəza səbəbindən "Böyük oyun"dan kənarda qalacaq.
Belə ki, Mirhüseyn Seyidovla Əziz Quliyev sarı vərəqə limitini doldurub. Hər iki futbolçu "Simurq"la matçda 8-ci "sarı"sını alıb. Seyidova bütün vərəqələr "Neftçi"nin heyətində göstərilib. Quliyev isə mövsümün ilk yarısında oynadığı "Bakı"nın heyətində 5, qış fasiləsindən sonra forma geyindiyi "Neftçi"də 3 dəfə cəzalanıb.
Karlos Kardozo isə qırmızı vərəqə üzündən derbidə iştirak etməyəcək. O, "Simurq"la matçın 74-cü dəqiqəsində rəqibi bilərəkdən əl ilə vurduğuna görə meydandan qovulub.
Paytaхt klubunun heyətində Məqsəd İsayev, Ernst Nfor və Denis Silva zədədən əziyyət çəkir. Rauf Əliyev isə "su çiçəyi" xəstəliyinə tutulduğu üçün ən azı 3 həftə komandasına kömək edə bilməyəcək.
Fanat.az