Azərbaycan Kubokunun final oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Neftçi" ötən gün Qəbələyə yollanıb.
Fanat.az xəbər verir ki, "Qafqaz Resort" otelində məskunlaşmış komanda oyunöncəsi son məşqə bu gün saat 21.00-da çıxacaq. Bundan yarım saat əvvəl isə media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq.
Fanat.az