"Neftçi" qambiyalı hücumçunun keçidini açıqladı

"Neftçi" qambiyalı hücumçunun keçidini açıqladı

"Neftçi” heyətinə yeni legioner qatıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi qambiyalı hücumçu Dembo Darbo ilə 2 illik müqavilə bağlayıb.

Məlumatı klubun mətbuat xidməti yayıb.

Afrikalı forvard Bakı klubunda 22 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər