Braziliyalı Kaue Sesilio da Silvanı heyətinə qatan "Neftçi" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, Azərbaycan Kubokunun sahibi indi əsas diqqətini hücum xəttini gücləndirməyə yönəldib.
Bu mövqeyə bir neçə namizəd olsa da, "Neftçi" artıq seçimini edib. Məlumata görə, paytaxt klubu portuqaliyalı hücumçunun üstündə dayanıb. O, yaxın günlərdə klubun düşərgəsinə gələrək, müqavilə bağlayacaq.
Fanat.az