"Neftçi" Polşada ilk yoxlama görüşünü keçirib

"Neftçi" Polşada ilk yoxlama görüşünü keçirib

Azərbaycan Premyer Liqasının növbəti mövsümünə hazırlığını Polşada davam etdirəm “Neftçi” klubu ilk yoxlama matçını keçirib.

Fanat.Az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.

Qeyd edək ki, paytaxt təmsilçisi növbəti görüşlərini Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər