"Neftçi" oynamadan mərhələ adlayacaq? - şok iddia

"Neftçi" oynamadan mərhələ adlayacaq? - şok iddia
"Neftçi" birbaşa Avropa Liqasının III təsnifat mərhələsinə çıxa bilər. Fanat.az xəbər verir ki, buna səbəb “Çelik” (Çernoqoriya) - "Koper" (Sloveniya) matçının danışılmış oyunlar sırasına düşməsi olub.
Belə ki, I təsnifat mərhələsi çərçivəsində keçirilən və sloveniyalıların 5:0 hesabı ilə qalmış matçla bağlı müəyyən şübhələr var. Şübhələrə əsas yaradan “Koper”in rəqibin qapısına asanlıqla 5 cavabsız qol vurmasıdı. Həmçinin, buraxılan ilk qolda “Çelik”in qapıçısının hərəkətləri diqqət çəkib.
Artıq UEFA oyunla bağlı araşdırmalara başlayıb. Şübhələr təsdiqlənsə, hər iki komanda Avropa Liqasından kənarlaşdırılacaq və "Neftçi" birbaşa III təsnifat mərhələsinə adlayacaq.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər