"Neftçi" klubunda yeni ayrılıq yaşanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubunun rəhbərliyi Futbol Akademiyasının texniki direktoru Camal Bülbüllə yolları ayırmağa qərar veriblər.
36 yaşlı türkiyəli mütəxəssislə 2 illik müqavilənin müddəti başa çatıb və onunla yeni anlaşmaya ehtiyac duyulmayıb. Camal Bülbül iyulun 19-da ölkəsinə təyyarə bileti alıb.
Məlumatı dəqiqləşdirmək üçün onun özü ilə əlaqə saxladıq. Camal bəy nə "hə", nə "yox" dedi: "Yolumuza davam edəcəyimiz və ya ayrılacağımız hələ tam dəqiqləşməyib. Bunu rəhbərliklə müzakirə etməmişik. Nə düşündüklərini klub özü açıqlaya bilər. Doğrudur, iyulun 19-da Bakıdan ayrılacağam. Amma bunu tətil gedişi hesab edə bilərsiz. Əlavə məlumatı klubdan öyrənə bilərsiz".
Qeyd edək ki, Camal Bülbül 2022-ci ilin yayında, Kamran Quliyev klub prezidenti olan vaxt "Neftçi"yə təyinat alıb.
Camal Bülbül “Karşıyaka” (2009-2010) və “Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi, “Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020), həmçinin bu klubun Matç və performans təhlili və skautluq departamentində (2020-2022) kimi çalışıb. O, 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi işləyib. Mirağa