"Neftçi" mütləq rekordçudur

"Neftçi" mütləq rekordçudur

Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”i mübarizədən kənarlaşdıran “Neftçi” tarixində 21-ci dəfə yarımfinala yüksəlib.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, turnirin tarixində mütləq rekorddur.

“Ağ-qaralar” həm də ardıcıl 4-cü dəfə finalın bir addımlığında olacaq.

Yarımfinalda iştirak sayında 2-ci olan “Qarabağ” 20-ci dəfə bu mərhələyə yüksəlib. Ağdam klubu yubiley uğurunu “Səbail”i keçməklə gerçəkləşdirib. Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər