Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu - 5-ci yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini rumınlarla oyunda sınayıb.
Belə ki, "Neftçi"nin rəqibi Rumıniyanın "Petrolul" klubu olub. Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 36-cı dəqiqədə Denis Silva imza atıb.
Qeyd edək ki, "Petrolul" klubu 1924-cü ildə yaradılıb. Qış fasiləsinə 3-cü pillədə yollanan komandaya bir neçə gün əvvəl "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Rednik baş məşqçi təyin edilib. Millimizin sabiq üzvü Elhad Nəzirov 2013-cü ildə bu komandada çıхış edib.
"Neftçi" bundan əvvəl Antalyada 4 oyun keçirib. "Hajer"i (Səudiyyə Ərəbistanı) 3:1, "Volın"ı (Ukrayna) 4:3 hesabı ilə yenən "ağ-qaralar" "Kayseri Erciyəsspor"la (Türkiyə) "sülh" bağlayıb (0:0), "Elazığspor"a (Türkiyə) uduzub (0:1).
Antalya
Yoхlama oyunu
23 yanvar
Neftçi (Azərbaycan) - Retrolul (Rumıniya) 1:0
Qol: Denis Silva, 36.
Neftçi: Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Məqsəd İsayev, Denis Silva, Erik Silva, Mirhüseyn Seyidov, Araz Abdullayev, Julius Vobay, Elşən Abdullayev, Rauf Əliyev.
Fanat.az