"Neftçi" milli üzvünün keçidini açıqladı

"Neftçi" milli üzvünün keçidini açıqladı

“Neftçi” Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib.

Fanat.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) baş məşqçi Samir Abasovun rəhbərliyi altında da çıxış edib. 

O, millidə 10 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər