Xəbərdə bil"Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
dirilir ki, "Neftçi" nümayəndələrinin mərkəzi arenanın direktoru Akif İsmayılov və arenanın ot örtüyünə nəzarət edən ingiltərəli mütəxəssislərlə görüşündən sonra, oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi təsdiqlənib.
Qeyd edək ki, "Neftçi" dünən oyunu "Bakcell Arena"da keçirməklə bağlı UEFA-ya müraciət etmişdi. Lakin klub rəhbərliyi qərarını dəyişib.
Bu arada "Neftçi" - "Partizan" matçına bilet satışı bu gün səhər saatlarından etibarən bərpa edilib. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və eyni zamanda "Bakcell Arena"nın kassalarından ala bilərlər. Azarkeşlər nəzərə alınaraq stadionun 80%-ni təşkil edən sektorlara biletlərin qiyməti 1 manatdı. Mərkəzi sektorlara olan biletlərin qiyməti 2-10 manat arasında dəyişir. VİP bölmələrə biletlərin qiyməti 50 manatdı. Qeyd edək ki, bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda şəxsiyyət vəsiqəsinin əslini və surətini kassaya təqdim etməlidi.
Fanat.az