"Neftçi" Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la cavab oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Neftçi" "Partizan"ı mərkəzi arenada qəbul etmək istəməsi ilə bağlı AFFA-ya müraciət edib. AFFA isə məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlayıb. Artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb.
Beləliklə, avqustun 28-də "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fanat.az