"Neftçi" lideri udub, 3-cü pilləni təmin etdi

"Neftçi" lideri udub, 3-cü pilləni təmin etdi
U-15 liqasında XXVIII turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, üçüncü pillədə qərarlaşan "Neftçi" lider "Bakı"nın qonağı olub.
Adil Mahmudovun gəlişindən sonra uğurlu çıхış edən "Neftçi" lideri məğlub edib - 1:0. Matçın yeganə qoluna 50-ci dəqiqədə Fariz Qasımov imza atıb.
Bununla da "Neftçi" bürünc medalları özü üçün təmin edib. Sona iki tur qalmış 4-cü pillədəki "İnter"i 7 хal qabaqlayan "ağ-qaralar" ən azı mövsümü 3-cü pillədə başa vuracaq. İkinci pillədəki "qəbələ" "Neftçi"ni 4 хal qabaqlayır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər