Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, flaqman Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubu ilə qarşılaşıb.
Oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı rəqib açsa da, ilk hissənin sonunda Julius Vobay bərabərlik qolunu vurub. Flaqman ikinci hissədə Ruslan Qurbanov və Nicat Qurbanovun qolları sayəsində qalib gəlib.
Qeyd edək ki, 1967-ci ildə yaradılan "Əl-Qadisiya" klubu I divizionda çıxış edir. Komanda başa çatan mövsümdə 6-cı pilləni tutaraq güclülər dəstəsinə çıxa bilməyib.
"Neftçi"nin rəqibi 1994-cü ildə Asiya Kuboklar Kubokunu qazanıb. Səudiyyə Ərəbistanı Kubokkunu (1991/1992) və Federasiya Kubokunu (1993/94) qazanan komanda 2002 və 2009-cu illərdə I divizionun qalibi olub. "Əl-Qadisiya"nı
Qeyd edək ki, “Neftçi” buna qədər Türkiyədə Gürcüstanın “Çixura” klubu ilə 2 yoxlama oyunu keçirib. Böyükağa Hacıyevin yetirmələri ilk oyunda 2:3 hesabı ilə yenilibsə, ikinci görüşdə 1:1 hesabı qeydə alınıb.
Fanat.az