"Neftçi" Kiyev "Dinamo"su ilə qarşılaşa bilər. Fanat.az-ın əldə etdiyi məlumata görə, qarşılaşmanın Avstriyada baş tutması gözlənilir.
Belə ki, "Neftçi" Avropa Liqasının hazırlıqlarını bu ölkədə keçirəcək. Komanda son yoxlama oyununu iyulun 11-də keçirəcək. Rəqib isə böyük ehtimalla "Dinamo" olacaq. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, digər Ukrayna nəhəngi "Şaxtyor" "Qarabağ"la yoxlama oyunu keçirəcək. Matç iyunun 23-də Avstriyada baş tutacaq.
Fanat.az