"Neftçi" Kanalesin transferini bitirdi - ÖZƏL

"Neftçi" Kanalesin transferini bitirdi - ÖZƏL

"Çixura" ilə ilk oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Nikolas Kanalesin komandaya qaytarılacağını açıqlamışdı. Baş məşqçi bildirmişdi ki, Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazanacaqları halda çilili forvard komandaya dönəcək.

Fanat.az-ın əldə etdiyi məlumata görə, "Neftçi" artıq Kanaleslə anlaşma əldə edib. Məlumatda bildirilir ki, komanda "Çixura" səddini keçsə də, keçməsə də bu transfer baş tutacaq. Artıq Kanales üçün viza açılıb və o, 3 gün ərzində Bakıya gəlib rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Kanales 2012/13 mövsümündə "Neftçi"də 48 oyun keçirib və 30 qol vurub. O, həmin mövsüm 26 qolla Premyer Liqanın bombardiri olub. Çilili forvard "Neftçi"dən getdikdən sonra vətənində "Kolo-Kolo" və "Santiaqo Vanderers" klublarının formasını geyinib. O, ötən mövsüm meydana çıxdığı 20 rəsmi oyunda cəmi 5 qola imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər