"Neftçi" Nikolas Kanalesi geri qaytarır. Fanat.az xəbər verir ki, bu barədə baş məşqçi Böyükağa Hacıyev məlumat verib.
Baş məşqçi bildirib ki, çilili forvardı geri qaytarmaq üçün Flavinyonu araya salacaqlar: "Flavinyonu göndərəcəyik ki, onu dilə tutub gətirsin".
Qeyd edək ki, Kanales 2012/13 mövsümündə "Neftçi"nin heyətində çıxış edib. Çilili forvard 3 turnirdə - Premyer Liqa, Azərbaycan Kuboku və Avropa Liqasında 48 oyunda 30 qol vurub.
Fanat.az