"Neftçi" Nikolas Kanalesin problemini həll edib. Bu barədə Fanat.az-a hazırda Belqradda olan klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Belə ki, Çili Futbol Federasiyası Kanalesin beynəlxalq transfer vərəqini göndərib. Bununla da futbolçunun "Partizan"la oyunda meydana çıxması üçün heç bir problem qalmayıb.
Qeyd edək ki, Kanalesin transfer vərəqi gəlmədiyindən "Neftçi" onu Avropa Liqası üçün sifariş edə bilmirdi. Bu gün transfer vərəqi gəlməsəydi, "Neftçi" futbolçudan imtina edəcəkdi.
Fanat.az