"Neftçi" kamerunlu forvardını cəzalandırdı

"Neftçi" kamerunlu forvardını cəzalandırdı

Arif Əsədov Ernest Nforu əvəzedici komandaya göndərib. Fanat.az хəbər verir ki, kamerunlu hücumçu bu gün əvəzedicilərin çempionatında keçirilən "Simurq"la oyunun iştirakçısı olub.

Start heyətində yer alan Nfor 14-cü dəqiqədə hesabı açıb. "Neftçi" oyunu 2:1 hesablı qələbə ilə başa vurub.

Ernest Nforun əvəzedici heyətə gönərilməsinin səbəbini klub rəsmi saytı vasitəsi ilə açıqlayıb: "Neftçi"nin futbolçusu Ernest Nfor çempionat oyunları və məşq prosesinə peşəkar səviyyəsindən aşağı yanaşdığı, eləcə də klubdaxili intizam qaydalarını pozduğu üçün məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilib".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər