"Neftçi" iranlı baş məşqçiyə tapşırıldı

"Neftçi" iranlı baş məşqçiyə tapşırıldı

"Neftçi" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi iranlı mütəxəssis Omid Movahed Nejata həvalə edilib.

O, bu postda istefa verən Anar Sarıyevi əvəzləyib. İranlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Omid Nejat daha əvvəl də “Neftçi”də çalışıb. O, 2022-2023-cü illər mövsümünün ikinci yarısında komandaya başçılıq edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər