"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Partizan"ın baş məşqçisi Marko Nikoliç komandadakı problemlər və qarşıdakı oyunlarla bağlı danışıb. Fanat.az xəbər verir ki, komandada yaranan problemlərin aradan qaldırılmayacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Neftçi" ilə görüşün onlar üçün əhəmiyyətsiz olacağını bildirib:
"Bəli, komandada problemlər var. Ancaq biz çıxış yolu tapmalıyıq. Qarşıda bizi vacib oyunlar gözləyir və bu matçlarda qələbə qazanmalıyıq. Komandada çox pis atmosfer yaranıb. Futbolçular maaşlarını ala bilmədikləri üçün məşqlərə çıxmırlar və onların etirazları davam edir. Bəzi futbolçular komandanı tərk etmək istəyirlər. Artıq Miladin Stepanoviçin komandadan ayrıldığını yazırlar. Bu barədə mətbuatdan oxuyuruq. O, çox təcrübəli futbolçudu, məşqlərini davam etdirməli və komandanın yanında olmalıdı. Bizim ağ bayraq qaldırmaq fikrimiz yoxdu. Komandamla fəxr edirəm. Biz heç bir futbolçunun komandadan getməsinə imkan verməməliyik. Ancaq klubun da bizim qarşımızda öhdəlikləri var və onlar bunu yerinə yetirməlidilər. Əks təqdirdə "Neftçi" ilə oyunların heç bir əhəmiyyəti qalmayacaq".
Fanat.az