"Neftçi" iki legionerini itirdi

"Neftçi" iki legionerini itirdi

"Neftçi" iki futbolçusunun хidmətindən məhrum olub. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov növbəti Premyer Liqa matçında Erik Ramosla Karlos Kardozonun хidmətindən yararlana bilməyəcək.

Hər iki futbolçu cəzalı duruma düşüb. Ramos "İnter"lə oyunun 57-ci, Kardozo isə 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Hər iki futbolçu mövsüm ərzində 8 "sarı" aldığına görə ikinci dəfə cəzalı duruma düşüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər