"Neftçi" həsrəti bitəcək? - "Böyük oyun"

"Neftçi" həsrəti bitəcək? - "Böyük oyun"

Topaz Premyer Liqasının XX turunun daha bir maraqlı oyunu Lənkəranda baş tutacaq. Fanat.az xəbər verir ki, bu il 10 illik yubileyini qeyd edən “Xəzər Lənkəran” doğma azarkeşləri önündə son çempion “Neftçi”ni qəbul edir. 

Buna qədər baş tutan “Böyük oyun”larda bakılıların üstünlüyü nəzərə çarpır - 9 qəbələ. Oyunların 7-də Lənkəran təmsilçisi qalib, 11 dəfə isə heç-heçə qeydə alınıb. Bu üstünlüyə baxmayaraq, “Neftçi” 7 ildi ki, səfərdə “Xəzər Lənkəran”a qalib gələ bilmir. “Ağ-qaralar” sonuncu dəfə 2007-ci ilin noyabrında “Fırtınalar meydanı”ndan 3 xal aparıb.

Bu mövsüm Topaz Premyer Liqasında “Xəzər Lənkəran” doğma meydanda keçirdiyi 9 oyundan yalnız 3-də qələbə qazanıb. Səfər oyunlarında cəmi 11 xal yığan “Neftçi” 3 qələbəyə və 2 heç-heçəyə sevinib.

Topaz Premyer Liqasının ikinci dövrəsinə “Qarabağ” üzərindəki minimal hesablı səfər qələbəsi ilə start verən “Xəzər Lənkəran” prinsipial rəqibi ilə oyunda iki oyunçunun xidmətindən yararlana bilməyəcək - Slavik Alxasov və Elnur Abdullayev cəzalı olduqları üçün bu oyunu kənardan izləyəcəklər. “Neftçi”dən isə Elvin Yunuszadə və Ruslan Qurbanov eyni səbəbdən komandalarına kömək edə bilməyəcəklər. Cəzası başa çatan Mahir Şükürov isə şans veriləcəyi təqdirdə meydana çıxacaq.

08.12.2004

Xəzər Lənkəran – Neftçi (Bakı)

1:1

11.05.2005

Neftçi (Bakı) - Xəzər Lənkəran

2:1

10.06.2005

Neftçi (Bakı) - Xəzər Lənkəran*

2:1

18.12.2005

Xəzər Lənkəran - Neftçi (Bakı)

0:1

30.05.2006

Neftçi (Bakı) - Xəzər Lənkəran

2:2

11.08.2006

Xəzər Lənkəran - Neftçi (Bakı)

2:1

16.02.2007

Neftçi (Bakı) - Xəzər Lənkəran

1:0

10.11.2007

Xəzər Lənkəran - Neftçi (Bakı)

0:1

11.05.2008

Neftçi (Bakı) - Xəzər Lənkəran

0:1

19.10.2008

Xəzər Lənkəran - Neftçi (Bakı)

2:0

12.04.2009

Neftçi (Bakı) - Xəzər Lənkəran

2:1

08.11.2009

Xəzər Lənkəran - Neftçi (Bakı)

0:0

17.02.2010

Neftçi (Bakı) - Xəzər Lənkəran

0:0

27.03.2010

Xəzər Lənkəran - Neftçi (Bakı)

0:0

01.05.2010

Neftçi (Bakı) - Xəzər Lənkəran

0:0

25.09.2010

Xəzər Lənkəran - Neftçi (Bakı)

1:0

13.02.2011

Neftçi (Bakı) - Xəzər Lənkəran

0:0

18.03.2011

Xəzər Lənkəran - Neftçi (Bakı)

1:1

18.05.2011

Neftçi (Bakı) - Xəzər Lənkəran

1:1

10.09.2011

Xəzər Lənkəran - Neftçi (Bakı)

1:0

06.11.2011

Neftçi (Bakı) - Xəzər Lənkəran

5:0

24.03.2012

Neftçi (Bakı) - Xəzər Lənkəran

1:1

22.04.2012

Xəzər Lənkəran - Neftçi (Bakı)

1:0

15.09.2012

Neftçi (Bakı) - Xəzər Lənkəran

2:1

14.12.2012

Xəzər Lənkəran - Neftçi (Bakı)

2:1

25.08.2013

Xəzər Lənkəran - Neftçi (Bakı)

0:0

02.11.2013

Neftçi (Bakı) - Xəzər Lənkəran

4:1

* - “Qızıl oyun” neytral meydanda keçirilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər