“Neftçi”nin əvəzedici heyəti yeni mövsümə hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, iyulun 10-dək Gürcüstanın Ureki şəhərində təlim-məşq toplanışında olacaq komanda hazırlıq çərçivəsində sabah ilk yoxlama oyununu keçirəcək.
Rəqib Gürcüstan çempionatının 1-ci liqa təmsilçisi “Mertsxali” (Ozurqeti) olacaq. “Neftçi” təlim-məşq toplanışı zamanı daha bir yoxlama oyunu keçirməyi nəzərdə tutub.
Fanat.az