"Neftçi" gürcülərə uduzdu

"Neftçi" gürcülərə uduzdu
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi bu gün ilk yoxlama oyununu keçirib.
"Neftçi"nin rəqibi Gürcüstan Kubokunun finalçısı "Çixura" olub. Qarşılaşma gürcülərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin qollarını Samir Məsimov və Denis Silva vurub.
Qeyd edək ki, "Çixura" klubu 1938-ci ildə yaradılıb. Komanda 2011/12 mövsümündə I divizonda çempion olaraq elitaya çıxıb. 2012/13 və 2013/14 mövsümlərində çempionatda 4-cü pilləni tutaraq Avropa Liqasına vəsiqə qazanan komanda ötən mövsüm Avroliqada mərhələ keçib. I təsnifat mərhələsində Lixtenşteyn "Vaduz"unu mübarizədən kənarlaşdıran (0:0, 1:1) ardınca İsveçrənin "Tun" klubuna yenilib (1:3, 0:2).
"Çixura" 2012/13 və 2013/14 mövsümlərində ölkə kubokunun finalına çıxıb və hər iki halda Tiflis "Dinamo"suna yenilib (1:3, 1:2). "Neftçi"nin rəqibi 2013-cü ildə "Dinamo"nu yenərək Gürcüstan Superkubokuna sahib olub.
"Çixura"nın heyəti tamamilə gürcü futbolçulardan qurulub. 2009-2011-ci illərdə "İnter"də çıxış etmiş David Odikadze indi bu komandanın formasını geyinir. "Çixura"nın baş məşqçisi Nuqzar Dekanoidzedi.
Bolu
Yoldaşlıq oyunu
17 iyun
18.30 Neftçi (Azərbaycan) - Çixura (Gürcüstan) 2:3
Qollar: Samir Məsimov, 19. Denis Silva, 34 - David Odikadze, 11-pen; 83. Tornike Mumladze, 90+3.
Neftçi: Saşa Stamenkoviç, Elvin Bədəlov, Denis Silva, Emin Mehtiyev, Məqsəd İsayev, Kaue Sessilyo, Mirhüseyn Seyidov, Nicat Qurbanov, Samir Məsimov, Cavid İmamverdiyev, Ruslan Qurbanov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər