"Neftçi" GESCO ilə tərəfdaşlıq müqaviləsi imzaladı

"Neftçi" GESCO ilə tərəfdaşlıq müqaviləsi imzaladı

Ölkəmizin aparıcı mühafizə xidməti şirkəti olan GESCO "Neftçi" klubunun 2024/25-ci illər mövsümü üçün mühafizə xidmətləri sponsoru olacaq. 

Fanat.Az xəbər verir ki, bir mövsümlük razılaşmaya əsasən, GESCO klubumuzun stadionunda və təlim-məşq bazasında təhlükəsizlik xidmətlərini təmin edəcək.  2005-ci ildən fəaliyyət göstərən GESCO müasir texnologiyalardan istifadə edərək ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatlarına uyğun xidmət göstərən şirkət olaraq tanınır. Şirkət ölkəmizin müxtəlif bölgələrində 3000-dən çox peşəkar heyətlə 500-dən artıq layihədə mühafizə xidmətlərini müvəffəqiyyətlə təşkil edir. GESCO geniş təcrübəsi, yerli və beynəlxalq standartlara cavab verən xidmət keyfiyyəti ilə "Neftçi" PFK-nın təhlükəsizlik ehtiyaclarını qarşılayacaq. Əməkdaşlıq hər iki tərəf üçün xeyirli olsun.Təhlükəsizliyimizdə əmin addımlarla irəliləyirik!

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər