"Neftçi" Foqtsun siyahısını açıqladı

"Neftçi" Foqtsun siyahısını açıqladı

Milli komandamız mayın 27-də ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək. Oyuna təxminən bir ay vaxt qalıb və Berti Foqts hələ heyəti açıqlamayıb. Amma ABŞ-a gedəcək 5 futbolçumuzun müəyyənləşib.

Fanat.az xəbər verir ki, "Neftçi" ABŞ-la oyuna dəvət alan futbolçularının adını açıqlayıb. Məlum olub ki, Berti Foqts Rəşad Sadiqov, Mahir Şükürov, Araz Abdullayev, Elvin Yunuszadə və Ruslan Qurbanovu toplanışa dəvət edib.

Qeyd edək ki, Ruslan Qurbanov hələ millidə debüt etməyib. "Sumqayıt"la oyunda azarkeşləri təhqir edən Araz Abdullayevin isə bu dəfə yığmadan kənarda qalacağı gözlənilirdi. Amma Foqts fərqli addım atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər