"Neftçi" fanatları AZAL-la oyunu boykot etdilər

"Neftçi" fanatları AZAL-la oyunu boykot etdilər

Topaz Permyer Liqasının 3-ü turundan təxiə salınmış AZAL - "Neftçi" görüşündə qonaq komandanın azarkeşləri yoxdu. Fanat.az xəbər verir ki, buna səbəb XXIII tur çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" matçından sonra "ağ-qaralar"ın 9 fanatının saxlanılmasına paytaxt klubunun rəhbərliyinin biganə yanaşmasıdı.

Xatırladaq ki, oyundan 1 gün sonra Fanat.az-a verdiyi açıqlamada "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov bütün fan-klub rəhbərləri ilə əlaqə saxladıqlarını və heç bir üzvlərinin saxlanılmaması barədə məlumatlandırıldıqlarını söyəmişdi.

Maraqlıdı, belədirsə, bəs hər oyunda sevimli komandalarının yanında olan "Neftçi" fanatları niyə qeybə çəkiliblər? Lap məşhur lətifədəki kimi: "Bu pişikdirsə, ət hanı? Bu ətdirsə, bəs pişik hanı?".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər