"Neftçi"nin hazırlıq planı müəyyənləşib. Fanat.az xəbər veirr ki, "ağ-qaralar" iki ölkədə təlim-məşq toplanışı keçəcək.
"Neftçi" hazırlıq prosesinə Türkiyədə start verəcək. İyunun 1-də Boluya üz tutacaq komanda 28-dək burda qalacaq. "Ağ-qaralar" qardaş ölkədə 2 yoxlama oyunu keçirəcək.
İyunun 28-də vətənə dönəcək komanda iyulun 1-də hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Ayın 12-dək bu ölkədə qalacaq "Neftçi" ən azı 4 yoxlama matçında qüvvəsini sınayacaq.
Fanat.az