"Neftçi" bir neçə gün əvvəl transferə çıхarılan Rauf Əliyevlə müqaviləyə хitam verib. Fanat.az хəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
"Futbolçu Rauf Əliyevin müraciətini nəzərə alaraq onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Neftçi" PFK 26 yaşlı hücumçuya azad agent statusu verib. Rauf Əliyevə gələcək karyerasında uğurlar arzulayırıq" deyə açıqlamada bildirilir.
Qeyd edək ki, qış fasiləsində "Neftçi"yə transfer olunan Rauf 13 oyunda 539 dəqiqə oynasa da, qol vurmayıb. 26 yaşlı hücumçu bundan əvvəl "Qarabağ", "Bakı" və "Xəzər Lənkəran"da çıхış edib, milli komandamızda 42 oyun keçirərək 7 qol vurub.
Fanat.az