"Neftçi" Əlcəzair yığmasının üzvünü istəyir

"Neftçi" Əlcəzair yığmasının üzvünü istəyir
"Neftçi"nin transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, paytaxt klubu əlcəzairli Həmzə Ait Umara elçi düşüb.
Bu barədə futbolçu özü məlumat verib. Həmzə bildirib ki, Azərbaycan klubundan çox sərfəli təklif alıb. Lakin o, hələlik klubu ilə razılığa gəlməlidi.
Qeyd edək ki, 27 yaşlı Həmzə Ait Umar cinah yarımmüdafiəçisidi və "Neftçi" məhz bu mövqeyə futbolçu axtarır. O, 201/13 mövsümündən Əlcəzairin "Əl-Harraş" klubunda çıxış edir - 39 oyun. Umar vətənində "Belouizdad", "USM Alger" və Finlandiyada "Turku" klublarının şərəfini qoruyub. 2007-ci ildə Əlcəzairin U-23 yığmasına çağırılan yarımmüdafiəçi 6 oyuna çıxıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər