"Neftçi" Doroşevi də Avroliqaya aparır

"Neftçi" Doroşevi də Avroliqaya aparır
Avropa Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayacaq “Neftçi” iştirak ərizəsini UEFA-ya göndərib. Fanat.az xəbər verir ki, heyətdə 23 futbolçu yer alıb.
Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 11-i yarımmüdafiəçi və 3-ü hücumçudu. Karyerasını bitirib məşqçiliyə başlayan və "Neftçi"nin qapıçılarla işləyən məşqçisi təyin edillən Pavel Doroşevin də adı siyahıya salınıb.
Qeyd edək ki, ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu sifariş etmək mümkündü.
Qapıçılar: 1. Emil Balayev, 12. Pavel Doroşev, 30. Saşa Stamenkoviç.
Müdafiəçilər: 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Yarımmüdafiəçilər: 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Nicat Qurbanov, 18. Kaue Sesilyo, 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehtiyev.
Hücumçular: 23. Ruslan Qurbanov, 29. Cavid Muxtarzadə, 90. Ernest Nfor.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər