"Neftçi" daha bir transfer açıqlayıb - RƏSMİ


"Neftçi" daha bir transfer açıqlayıb - RƏSMİ

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" ekvadorlu Cordan Rezabala ilə anlaşıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər