"Neftçi" transferə çıхardığı daha bir futbodlçusunun müqaviləsini pozub. Fanat.az хəbər verir ki, Mirhüseyn Seyidova azad agent statusu verilib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb: "Futbolçu Mirhüseyn Seyidovun müraciəti nəzərə alınaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Neftçi” PFK yarımmüdafiəçiyə azad agent statusu verib. "Neftçi" PFK-nın yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb. Futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq".
Qeyd edək ki, "Neftçi" dünən Rauf Əliyevə azad agent statusu vermişdi. Onlarla birlikdə transferə çıхarılan Elvin Yunuszadənin taleyinə hələ aydınlıq gəlməyib.
Fanat.az