"Neftçi" daha bir futbolçusunu itirdi

"Neftçi" daha bir futbolçusunu itirdi

"Neftçi" daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Böyükağa Hacıyev Cavid İmamverdiyevin xidmətindən məhrum olub.

Belə ki, yarımmüdafiəçi cəzalı duruma düşüb. "Bakı" ilə matçın start heyətində yer alan İmamverdiyev 14-cü dəqiqədə sarı vərəqə alaraq limiti doldurub. Bu səbəbdən o, XXII turun "İnter"lə matçını buraxacaq.

Maraqlıdı ki, Cavid cari mövsümdə 4 sarı vərəqədən 3-nü "Bakı" ilə matçlarda alıb. Belə ki, o, paytaxtın eyni adlı təmsilçisi ilə V və XIII turlarda da cəzalanmışdı. Qalan bir vərəqə isə "İnter"lə oyunda göstərilib.

"Bakı"da isə Mario Alvarez cəzalı duruma düşüb. İspan futbolçu 80-ci dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanıb. Mario bundan əvvəl "Xəzər Lənkəran", "İnter" və "Qarabağ" matçlarında vərəqə almışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər