AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XXXIV oyunları və I divizionun XXV turundan təxirə salınmış oyunla bağlı qərar verib.
Əvəzedici heyətlərin çempionatında "Simurq" və "Neftçi" cəzalanıb. Zaqatala klubunun "Rəvan"la oyunda 6, "ağ-qaralar"ın AZAL-la matçda 4 futbolçusu sarı vərəqə alıb. Hər iki klub 500 manat cərimə edilib.
I divizionda isə XXV turdan təxirə salınmış “Şuşa” - “Neftçala” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən klub 100 manat cərimə ödəyəcək.
Fanat.az