"Neftçi" Cavid İmamverdiyevə uduzdu

"Neftçi" Cavid İmamverdiyevə uduzdu
Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün üçüncü yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini Türkiyə klubu ilə oyunda sınayıb.
Əslində "Neftçi" bu gün Çinin "Quyzhou Rehne" klubu ilə qarşılaşmalı idi. Lakin Türkiyənin "Elazığspor" klubundan təklif alan "ağ-qaralar" asiyalılarla oyundan imtina edib. Oyunun taleyini bir qol həll edib. "Elazğıspor" "Neftçi"ni 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, "Elazığspor" klubu 1967-ci ildə yaradılıb. Ümit Özatın başçılıq etdiyi komanda PTT 1-ci liqasında qış fasiləsinə 7-ci pillədə yollanıb. "Neftçi"nin yetirməsi Cavid İmamverdiyev hazırda bu klubda çıxış edir.
"Neftçi" bundan əvvəl Antalyada Səudiyyə Ərəbistanının "Hajer" klubunu udub (3:1), Türkiyənin "Kayseri Erciyəsspor" komandası ilə "sülh" bağlayıb (0:0). "Ağ-qaralar" yanvarın 21-də "Volın" (Ukrayna), 23-də isə "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la (Rumıniya) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu 
20 yanvar 
Neftçi (Azərbaycan) - Elazığspor (Türkiyə) 0:1
Qol: Franko Dario Kangele, 44.
Neftçi: Saşa Stamenkoviç, Karlos Kardozo, Rahil Məmmədov, Məqsəd İsayev, Emin Mehtiyev, Kaue, Ernest Nfor, Elşən Abdullayev, Samir Məsimov, Julius Vobay, Ruslan Qurbanov.
Hakimlər: Ramil Əhmədov, Rəvan Həmzəzadə, Vüqar Bayramov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər