"Neftçi" bu dəfə "Bakı"ya bata bilmədi

"Neftçi" bu dəfə "Bakı"ya bata bilmədi
Premyer Liqada yararan fasilədən yararlanan "Neftçi" və "Bakı" bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan oyun 0:0 hesabı ilə başa çatıb.
"Neftçi" və "Bakı" son olaraq Premyer Liqanın II turunda qarşılaşıb. "Ağ-qaralar" Julius Vobayın vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. Komandalar X turda yenidən üz-üzə gələcək. "Neftçi" "Bakı"dan əvvəl "Qaradağ Lökbatan"la yoxlama oyunu keçirib və 4:1 hesablı qələbəyə sevinib.
Yoxlama oyunu
10 oktyabr
Neftçi - Bakı 0:0
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər