"Neftçi" bu dəfə gürcülərlə sülh bağladı

"Neftçi" bu dəfə gürcülərlə sülh bağladı
"Neftçi" Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, paytaxt klubu bu gün ikinci yoxlama oyununa çıxıb.
"Neftçi" ardıcıl olaraq ikinci dəfə Gürcüstanın "Çixura" klubu ilə qarşılaşıb. Hesabı ilk yarıda gürcülər açıb. "Neftçi" ikinci hissədə bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə başa çatıb. "Neftçi"nin qolunu Julius Vobay vurub. Cavid İmamverdiyev 48-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib. Bu komandalar arasında ilk oyunda "Çixura" 3:2 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, "Çixura" klubu 1938-ci ildə yaradılıb. Komanda 2011/12 mövsümündə I divizonda çempion olaraq elitaya çıxıb. 2012/13 və 2013/14 mövsümlərində çempionatda 4-cü pilləni tutaraq Avropa Liqasına vəsiqə qazanan komanda ötən mövsüm Avroliqada mərhələ keçib. I təsnifat mərhələsində Lixtenşteyn "Vaduz"unu mübarizədən kənarlaşdıran (0:0, 1:1) ardınca İsveçrənin "Tun" klubuna yenilib (1:3, 0:2).
"Çixura" 2012/13 və 2013/14 mövsümlərində ölkə kubokunun finalına çıxıb və hər iki halda Tiflis "Dinamo"suna yenilib (1:3, 1:2). "Neftçi"nin rəqibi 2013-cü ildə "Dinamo"nu yenərək Gürcüstan Superkubokuna sahib olub.
"Çixura"nın heyəti tamamilə gürcü futbolçulardan qurulub. 2009-2011-ci illərdə "İnter"də çıxış etmiş David Odikadze indi bu komandanın formasını geyinir. "Çixura"nın baş məşqçisi Nuqzar Dekanoidzedi.
Bolu
Yoldaşlıq oyunu
17 iyun
Neftçi (Azərbaycan) - Çixura (Gürcüstan) 1:1
Qol: Julius Vobay.
Neftçi: Emil Balayev, Karlos Kardoso, Elvin Yunuszadə, Məqsəd İsayev, Bruno Bertuççi, Kaue, Mirhüseyn Seyidov, Samir Məsimov, Flavinyo, Julius Vobay, Ernest Nfor.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər